• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Manşet

Səhiyyə nazirinə yeni müavin təyin olunub

07 İyul, 26 / 10:44
A A
Səhiyyə nazirinə yeni müavin təyin olunub

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Rüfət Cahangir oğlu Hacıəlibəyov səhiyyə nazirinin müavin təyin edilib.

Bu barədə nazirlik məlumat yayıb.

Bildirilib ki, 2022-ci ilin iyul ayından Azərbaycan Respublikasının səhiyyə nazirinin səhiyyənin rəqəmsallaşdırılması məsələləri üzrə müşaviri vəzifəsində çalışan Rüfət Hacıəlibəyov bu müddət ərzində ölkənin elektron səhiyyə üzrə milli strategiyasının hazırlanmasına və həyata keçirilməsinə rəhbərlik etmiş, səhiyyə sisteminin rəqəmsal transformasiyası prosesinin əlaqələndirilməsini təmin etmişdir. Səhiyyə nazirinin müavini kimi onun fəaliyyət istiqamətlərinə innovasiyaların tətbiqi, strateji idarəetmə, səhiyyənin rəqəmsallaşdırılması və tibbi statistika sahələri daxildir.

Rüfət Hacıəlibəyov rəqəmsal transformasiya sahəsində 30 illik peşəkar təcrübəyə malik mütəxəssisdir. Uzunmüddətli fəaliyyəti ərzində korporativ və dövlət sektoru üçün mürəkkəb texnoloji layihələrin idarə edilməsindən başlayaraq, Azərbaycanda HP, Microsoft və SAP kimi aparıcı qlobal informasiya texnologiyaları şirkətlərinin yerli nümayəndəliklərinə rəhbərlik edib.

O, dövlət və korporativ səviyyədə uzunmüddətli informasiya texnologiyaları strategiyalarının hazırlanması və uğurla həyata keçirilməsi sahəsində zəngin təcrübəyə malikdir. Peşəkar fəaliyyətinin əsas istiqamətlərinə strateji planlaşdırma, böhran idarəçiliyi, eləcə də genişmiqyaslı institusional dəyişikliklər şəraitində kompleks layihələrin idarə olunması daxildir.

Rüfət Hacıəlibəyov əsas fəaliyyəti ilə yanaşı, Azərbaycanın rəqəmsallaşma sahəsində biznes və akademik mühitinin inkişafında da fəal iştirak edir. O, KOBİA yanında innovativ startapların inkişafı üzrə Ekspert Komissiyasının üzvü kimi fəaliyyət göstərib. 2017-ci ildən etibarən Bakı Mühəndislik Universitetinin Himayəçilər Şurasının üzvüdür.

Azərbaycan Respublikasında informasiya texnologiyalarının inkişafına verdiyi töhfələrə görə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.

//milli.az

Previous Post

“Sabah” ÇL-də mübarizəyə başlayır

Next Post

Elnarə Şirməmmədova həbs olundu - 2,3 milyonluq dələduzluq

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.