Xəbər verdiyimiz kimi, “Neftçi” Sloveniyadakı təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununa çıxıb.
Yuri Vernidubun komandası Serbiya təmsilçisi “Partizan”la qarşılaşıb. Oyun serblərin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Ormoj stadionunda baş tutan görüşdə yeganə qolu 47-ci dəqiqədə Erik Kojzek vurub.
Qeyd edək ki, matçın gedişatında qalmaqal baş verib. Buna “Partizan”lı futbolçunun “Neftçi”nin oyunçusuna qarşı kobud oyunu səbəb olub. Nəticədə futbolçular arasında dava baş verib.
Bu insidentə görə hakim “Partizan”lı futbolçuya və “Neftçi”dən Bassala Sambuya birbaşa qırmızı vərəqə göstərib.
Bu gönderiyi Instagram’da gör
//Qol.az
