
UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçirilən “Sabah” və TNS oyunu başa çatdı. Gərgin keçən oyun 2:0 “Sabah” xeyrinə başa çatdı.
xxxx
Oyunun 90+2-ci dəqiqəsində “Sabah” azlıqda qaldı. Komandamızın heyətində Stiv Sovet qırmızı vərəqə alaraq meydandan qovuldu-“Sabah”-TNS-2:0.
xxxxx
Oyunun 84-cü dəqiqəsində Kahim Parris “Sabah”ın ikinci topuna imza atdı-“Sabah”-TNS-2:0
xxxx
Artıq oyunun 66-cı dəqiqəsində “Sabah” Velko Simiçin qolu ilə hesabı açdı-“Sabah”-“TNS-1:0
xxxx
UEFA Çempionlar Liqasının 2026/2027-ci il mövsümünün I tənifat mərhələsinin ilk oyunu çərçivəsində təmsilçimiz “Sabah” Uelsin TNS komandasını qəbul edir. Təmsilçimiz ilk oyundan sərfəli nəticə ilə qələbə qazanmağa çalışır. Britaniyalılar da Bakıdan sərfəli nəticə ilə dönməyə çalışır. Qarşılaşmanı Polşadan olan hakimlər briqadası idarə edir. Oyunun baş hakimi Patrik Qriskieviçdir. Ona ədaləti təmsil etməkdə həmyerliləri Marcin Boniek və Bartoz Kasunski kömək edir. Dördüncü hakim funksiyasını isə Voyçex Mus yerinə yetirir. Artıq oyunda ilk hissə arxada qaldı ilk hissədən sonra hesab açılamayıb-“Sabah”-TNS-0:0
