Fransa Prezidenti Emmanuel Makron Suriyaya səfər edib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Makron Əhməd Şara ilə görüş keçirib.
Tərəflər iqtisadi və siyasi əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib. İnvestisiya, nəqliyyat, səhiyyə və infrastruktur sahələrində bir neçə saziş imzalanıb. Makron Fransanın Suriyanın yenidən qurulmasına dəstək verəcəyini bildirib. Şara isə ölkənin inkişafı üçün xarici sərmayələrin vacibliyini vurğulayıb.
Səfər zamanı Makronun qaldığı otelin yaxınlığında baş verən iki partlayış nəticəsində 18 nəfər yaralanıb.
//Nəzər.Media
