Ukrayna Prezidenti Volodimir Zelenski NATO sammitində çıxış etməyəcək. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Zelenski bu dəfə tribunaya dəvət olunmayacaq.
Məlumata görə, bu qərar ABŞ Prezidenti Donald Trampın mövqeyi ilə bağlıdır. Bildirilir ki, Tramp Ukrayna məsələsində neytral vasitəçi görüntüsünü qorumaq istəyir. Zelenski isə sammit çərçivəsində bir sıra ölkə liderləri ilə ikitərəfli görüşlər keçirəcək. O, bu görüşlərdə Ukraynanın müdafiəsi üçün yeni dəstək və silah tədarükünü müzakirə edəcək. Zelenski həmçinin Avropa ilə ABŞ arasında müdafiə sahəsində əməkdaşlığın daha da güclənəcəyinə ümid etdiyini bildirib.
//Nəzər.Media
