ABŞ Türkiyəyə “F-35” satışına yaşıl işıq yandırıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, bu addım İsrail və Yunanıstanda narahatlıq yaradıb.
İsrail rəsmiləri bunun bölgədə hərbi qüvvələr nisbətini dəyişə biləcəyini bildiriblər. Onlar ölkələrinin hava üstünlüyünün zəifləyəcəyindən ehtiyat etdiklərini açıqlayıblar. Yunanıstan da Vaşinqtonda Türkiyəyə silah satışının qarşısını almaq üçün diplomatik səylərini davam etdirir. Məlumata görə, yunan lobbisi ABŞ rəhbərliyinə etirazlarını çatdırmağı planlaşdırır. Bununla yanaşı, Türkiyənin müdafiə sahəsində yeni addımlarının bölgədə diqqətlə izlənildiyi qeyd olunur.
//Nəzər.Media
