ABŞ ordusu İrana qarşı yeni hava zərbələri endirdiyini açıqlayıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Vaşinqton bu addımın ticarət gəmilərinə hücumlara cavab olduğunu bildirib.
İran mediası Hörmüz boğazı yaxınlığında və Bəndər-Abbas şəhərində bir neçə partlayışın baş verdiyini yazıb. ABŞ eyni zamanda İran neftinin satışına imkan verən lisenziyanı ləğv edib və Tehranın hərəkətlərinin nəticəsiz qalmayacağını bəyan edib.
//Nəzər.Media
