Fransa Suriyaya məxsus 23 tarixi əsəri geri qaytarıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, əsərlər 15 ildən sonra Dəməşqə çatdırılıb.
Tarixi eksponatlar Şam Milli Muzeyində keçirilən mərasimlə Suriya tərəfinə təhvil verilib. Bildirilib ki, onların qaytarılması təhlükəsizlik səbəbindən uzun müddət təxirə salınmışdı. Suriya rəsmiləri bu addımı ölkənin mədəni irsinə etimadın və beynəlxalq əməkdaşlığın göstəricisi kimi qiymətləndiriblər.
//Nəzər.Media
