Bu gün Avrokuboklardakı təmsilçimizdən olan “Zirə” “SOCAR Polymer Arena”da UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin ilk görüşü çərçivəsində Gürcüstanın “Torpedo” komandası ilə üz-üzə gəlib. Qarşılaşmanı Finlandiyadan olan hakimlər briqadası idarə edib. Oyunun baş hakimi Yan Hütya olub. Ona ədaləti təmsil etməkdə həmyerliləri Veli-Matti Leppenen və Yusso Mantere kömək edib. Görüşdə dördüncü hakim funkasiyanı Peyman Simani yerinə yetirib. Matç 3:0 təmsilçizin xeyrinə sonlanıb.
. “Zirə” “Torpedo”
. 3 0
32.Ruan Renato(1:0)
47.Davido Volkov(2:0)
63.Ruan Renato(P)(3:0)
