Alimlər yeni araşdırmanın nəticələrini açıqlayıblar. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, bitkilərin Yer üzündə təxminən 1,87 milyard il sonra tamamilə yox ola biləcəyi bildirilib.
Tədqiqat üçölçülü iqlim modelləri əsasında aparılıb. Hesablamalara görə, Günəş zamanla daha parlaq olacaq və bu da iqlimə ciddi təsir göstərəcək. Həddindən artıq istilik və karbon qazının azalması bitki aləmini təhlükə ilə üz-üzə qoya bilər. Bununla yanaşı, alimlər bitkilərin təkamülü və gələcək texnologiyaların bu müddəti uzada biləcəyini də istisna etmirlər.
//Nəzər.Media
