Alimlər ağcaqanadların insan seçimini araşdırıblar. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, onların bəzi insanları daha çox sancdığı müəyyən edilib.
Mütəxəssislər bildirirlər ki, bədən qoxusu, istilik və nəfəs zamanı ayrılan karbon qazı bu seçimdə əsas rol oynayır. Araşdırmaya görə, hamiləliyin ikinci üç aylığında olan qadınlar və pivə qəbul edən şəxslər ağcaqanadların daha çox diqqətini cəlb edir. Bununla yanaşı, qan qrupunun bu seçimə təsiri ilə bağlı iddialar elmi cəhətdən təsdiqlənməyib.
//Nəzər.Media
