ABŞ Prezidenti Donald Tramp NATO sammitini dəyərləndirib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Tramp Türkiyədə keçirdiyi iki günü uğurlu adlandırıb.
Tramp bildirib ki, Ankara ilə çox yaxşı ticarət razılaşmaları əldə olunub. O, Türkiyənin etibarlı tərəfdaş olduğunu vurğulayıb və Prezident Rəcəb Tayyib Ərdoğan haqqında müsbət fikirlər səsləndirib. ABŞ lideri həmçinin NATO daxilində əməkdaşlığın və birliyin daha da gücləndiyini qeyd edib.
//Nəzər.Media
