İtaliyada fişəng istehsal olunan zavodda güclü partlayış baş verib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb.
Partlayış zamanı daha bir işçi ağır xəsarət alıb. İlkin məlumata görə, partlayışa partlayıcı maddələrin saxlanıldığı bölmədə baş verən yanğın səbəb olub. Hadisə yerinə çoxsaylı yanğınsöndürmə briqadaları cəlb edilib.
Qeyd edək ki, eyni zavodda 2023-cü ildə baş vermiş oxşar partlayışda da 3 nəfər həyatını itirmişdi.
//Nəzər.Media
