ÜST xərçəng xəstəliyi ilə bağlı yeni hesabat yayıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, hesabatda xəstələrin sayının sürətlə artdığı bildirilib.
Hazırda dünyada hər il 20 milyondan çox yeni xərçəng halı qeydə alınır. Təxirəsalınmaz tədbirlər görülməzsə, bu rəqəmin 2050-ci ildə 35 milyona çatacağı proqnozlaşdırılır.
Hesabatda ölkələr arasında diaqnostika və müalicə imkanlarının bərabər olmadığı vurğulanıb. Ağciyər xərçəngi ölüm hallarına görə ilk sırada qalır.
Mütəxəssislər bildirirlər ki, xərçəng hallarının əhəmiyyətli hissəsi sağlam həyat tərzi ilə qarşısı alına bilən risk amilləri ilə bağlıdır.
//Nəzər.Media
