Çində ayaqqabı fabrikində güclü yanğın baş verib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, hadisə Futszyan əyalətində qeydə alınıb.
İlkin məlumata görə, yanğın nəticəsində 28 nəfər həyatını itirib. Hadisə yerinə çoxsaylı yanğınsöndürən və xilasedici qüvvələr cəlb olunub.
Əməliyyata 35 texnika və 180-dən çox əməkdaş qatılıb. Yanğın nəzarət altına alınıb.Hadisənin başvermə səbəbi araşdırılır. Yerli qurumlar faktla bağlı istintaqa başlayıb.
//Nəzər.Media
