Venesuelada zəlzələ qurbanlarının sayı artıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, ölənlərin sayı 3889 nəfərə çatıb.
Rəsmi məlumata görə, 16740 nəfər yaralanıb. İndiyədək 6462 nəfər dağıntılar altından xilas edilib.Zəlzələlər nəticəsində yüzlərlə bina zədələnib. Onlardan 190-ı tamamilə dağılıb.Axtarış-xilasetmə əməliyyatları davam edir. İşlərə minlərlə yerli və xarici xilasedici cəlb olunub.
//Nəzər.Media
