ABŞ Mərkəzi Komandanlığı İranda hərbi hədəflərə yeni zərbələr endirib. Nəzər.Media Türkiyənin “Hüriyət” qəzetinə istinadən xəbər verir ki, İranın cənubundakı bir neçə şəhər hava hücumuna məruz qalıb.
Bunun ardınca İran İnqilab Keşikçiləri ABŞ hərbi bazalarına cavab əməliyyatı başladığını açıqlayıb. Bildirilib ki, iki hərbi bazadakı radar sistemləri və bir “Patriot” hava hücumundan müdafiə sistemi məhv edilib. İran eyni zamanda ABŞ-dən Hörmüz boğazındakı hərbi fəaliyyətini dayandırmağı tələb edib.
//Nəzər.Media
