10 Avropa ölkəsi yeni hərbi əməkdaşlığa başlayıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, anti-ballistik raket koalisiyası yaradılıb.
Koalisiyanın məqsədi ballistik raket təhdidlərinə qarşı müdafiəni gücləndirməkdir. Təşəbbüs Fransa, Ukrayna, Almaniya, Böyük Britaniya və digər ölkələrin iştirakı ilə elan olunub. Tərəflər ilk əməliyyat imkanlarının yaradılması üçün yol xəritəsi hazırlayacaqlarını bildiriblər. Koalisiyanın eyni məqsədi bölüşən digər ölkələrin də iştirakına açıq olduğu qeyd edilib.
//Nəzər.Media
