Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, qəza Mardində baş verib.
Qəza zamanı avtomobil yol kənarına aşıb. Hadisə zamanı 1 nəfər ölüb. Qəza 6 nəfərin yaralanmasına səbəb olub. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib. Polis qəza ilə bağlı araşdırmalara başlayıb.
//Nəzər.Media
