• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Maraqlı

Badımcan mürəbbəsi resepti

17 İyul, 26 / 17:43
A A
Badımcan mürəbbəsi resepti

Badımcan mürəbbəsi kiçik badımcanların pambıq kimi teksturası ilə süfrələrinizə fərqli bir rəng qatır. Meyvə mürəbbələrindən fərqli olan bu resept öz şirəli dadı ilə hər kəsi heyran edir. Badımcanların acısını almaq üçün karbonatlı suda gözlədilməsi bu reseptin ən vacib hissəsidir.

Lazımi ərzaqları təqdim edirik:

1 kq kiçik badımcan

5 stəkan su

4 stəkan şəkər tozu

Yarım limonun suyu

Badımcanları gözlətmək üçün:

1 paket karbonat

1 çay qaşığı duz

Su

Hazırlanması:
Badımcanların qabığını soyun. Geniş bir qaba yarısına qədər su doldurun, karbonat və duzu əlavə edib qarışdırın. Badımcanları qaba tökün və üzərlərini örtəcək qədər su əlavə edin. Badımcanların suyun üzərinə çıxmaması üçün üstünə tərs çevrilmiş bir kasa və onun da üzərinə bir boşqab qoyaraq sıxın. Bu şəkildə soyuducuda bir gecə gözlədin.

Ertəsi gün badımcanları süzün və yuyun. Dərin bir qazana qoyub üzərlərini keçəcək qədər su əlavə edin. Orta odda 15 dəqiqə qaynadıb suyunu süzün. Badımcanları əzmədən yavaşca sıxaraq artıq suyunu çıxarın. Bıçaqla üzərlərindən bir neçə yerdən kiçik kəsiklər atıb kənara qoyun.

Geniş bir qazana şəkər tozunu və 5 stəkan suyu əlavə edib qaynayanadək gözləyin. Şərbət qaynamağa başlayanda badımcanları əlavə edin. Şərbətin üzərində əmələ gələn köpükləri kəfkir (və ya qaşıq) ilə mütəmadi olaraq təmizləyin və vam odda bir saat yarım bişirin. Müddətin sonunda limon suyunu əlavə edin, daha 5 dəqiqə də qaynadıb oddan götürün.

Mürəbbəni isti halda təmiz və quru şüşə bankalara yığın. Bankaları günəş görməyən, sərin və qaranlıq yerdə saxlayın. Soyuduqdan sonra boşqaba çəkib servis edə bilərsiniz.

Nuş olsun!

//milli.az

Previous Post

"Hade" keçmiş həyat yoldaşını belə təbrik etdi - FOTO

Next Post

Bu 5 ifadə manipulyasiya edildiyinizə işarədir

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.