• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Cəmiyyət

FHN hava ilə bağlı əhaliyə müraciət etdi

19 İyul, 26 / 13:12
A A
FHN hava ilə bağlı əhaliyə müraciət etdi

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

Nazirlikdən bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin proqnozuna əsasən, yaxın günlərdə ölkənin bəzi ərazilərində intensiv yağış yağacağı, dağ çaylarından qısamüddətli sel keçəcəyi, şimşək çaxacağı və arabir güclü külək əsəcəyi gözlənilir.

Bununla əlaqədar FHN vətəndaşları təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır. Bildirilir ki, sel və daşqın təhlükəsi olan ərazilərdən uzaq durmaq, təhlükə yarandıqda isə dərhal yüksək əraziyə çəkilmək lazımdır.

Nazirlik küləkli hava şəraitində dənizə girməyin təhlükəli olduğunu xatırladaraq, kiçikhəcmli üzmə vasitələrinin də dənizə çıxmasının yolverilməz olduğunu vurğulayıb.

Eyni zamanda, güclü külək zamanı yüngül konstruksiyalı tikililərdən, reklam lövhələrindən, elektrik dirəkləri və naqillərindən, eləcə də hündür ağacların altından uzaq durmaq tövsiyə edilir.

FHN ildırım təhlükəsi zamanı elektrik cihazlarını şəbəkədən ayırmağı, açıq ərazidə metal konstruksiyalara və elektrik xətlərinə yaxınlaşmamağı, avtomobildə olan şəxslərə isə təhlükəsiz yerdə dayanaraq pəncərələri bağlayıb ildırımın bitməsini gözləməyi məsləhət görür.

Nazirlik bir daha xatırladıb ki, təhlükəsizlik qaydalarına əməl etmək insan həyatının qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Fövqəladə hadisə baş verdikdə isə dərhal 112 qaynar xəttinə zəng edilməlidir.

//milli.az

Previous Post

Əksərinin zibilə atdığı kartof qabığının bilinməyən istifadələri

Next Post

Xocavənddə açıq ərazidə yanğın başladı

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.