Misirdə maraqlı kəşf edilib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, yeni araşdırma qədim təsəvvürləri dəyişib.
Alimlər təxminən 4 min il əvvəl yaşamış şahzadələrin qalıqlarını araşdırıblar. Nəticələr onların silahlardan istifadə etdiyini göstərib. Sümüklərdə güclü əzələ inkişafının izləri aşkar edilib. Tədqiqatçılar bunu ox atmaq və silah saxlamaq kimi hərəkətlərlə əlaqələndirirlər. Mütəxəssislərin fikrincə, məzarlarda tapılan yay, xəncər və toppuzlar yalnız mərasim əşyaları olmayıb. Araşdırma qədim Misirdə kral ailəsinin qadınlarının hərbi hazırlıq keçdiyini ehtimal edir.
//Nəzər.Media
