“The 1975” qrupunun solisti Matti Hili ailə qurub. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Hili model Qabriett Beçtel ilə nikaha daxil olub.
Toy ABŞ-nin Los-Anceles şəhərində yerləşən Kastillo del Laqo malikanəsində keçirilib. Mərasimə musiqi və moda dünyasının tanınmış simaları qatılıblar. Cütlük 2023-cü ildə tanış olmuşdu. Matty Hilinin keçmiş sevgilisi Teylor Svift isə bu ay NFL ulduzu Trevis Kels ilə ailə qurub.
//Nəzər.Media
