Rusiya Kiyevə genişmiqyaslı hücum edib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, şəhər raket və pilotsuz uçuş aparatları ilə hədəfə alınıb.
Hücum nəticəsində azı bir nəfər ölüb, yeddi nəfər yaralanıb. Ukrayna Prezidenti Volodimir Zelenski paytaxta 41 ballistik raket və 126 pilotsuz uçuş aparatının buraxıldığını bildirib. O, Qərb ölkələrini Ukraynanın hava hücumundan müdafiə imkanlarını gücləndirməyə çağırıb. Hücumlardan sonra Ukrayna da cavab zərbələri endirib. Bildirilir ki, Novorossiysk limanındakı neft obyektləri və Sevastopoldakı yanacaq anbarları hədəfə alınıb. Tərəflər arasında qarşıdurma isə bütün şiddəti ilə davam edir.
//Nəzər.Media
