Lionel Messi yenidən müzakirə mövzusu olub. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, bu dəfə səbəb onun İsraillə bağlı olduğu iddialarıdır.
Müzakirələr İsrail rəsmilərinin Messiyə açıq dəstək nümayiş etdirməsindən sonra güclənib. Sosial şəbəkələrdə futbolçunun İsraili dəstəklədiyi irəli sürülsə də, bunu təsdiqləyən rəsmi açıqlama yoxdur. Messi indiyədək siyasi məsələlərlə bağlı açıq mövqe nümayiş etdirməyib. 2018-ci ildə İsraildə çəkilən fotosu da yenidən müzakirə olunmağa başlayıb. Həmin il Argentina millisinin İsraillə keçirəcəyi yoldaşlıq oyunu ləğv edilsə də, Messi bu qərarla bağlı ictimai açıqlama verməyib.
//Nəzər.Media
