Türkiyənin maşınqayırma ixracı artıb. Nəzər.Media “CNN Türk”ə istinadən xəbər verir ki, Altı ayda ixracın həcmi 13,8 milyard dollara çatıb.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 faiz çoxdur. Ən böyük ixrac bazarı yenə Almaniya olub. ABŞ isə ixrac artımına görə ikinci yerdə qərarlaşıb. Sektorda bir kiloqram məhsulun orta ixrac dəyəri də yüksələrək 8,7 dollara çatıb. Mütəxəssislər geosiyasi risklərin dünya sənayesinə təsir göstərdiyini, müdafiə sənayesinə yatırımların isə yeni imkanlar yaratdığını bildirirlər.
//Nəzər.Media
