İspaniya dünya çempionu olub. Lamine Yamal qələbəni ailəsi ilə qeyd edib. Nəzər.Media “CNN Türk”ə istinadən xəbər verir ki, Gənc futbolçu sevincini kiçik qardaşı Kenye ilə bölüşüb.
Finaldan sonra Kenye meydana çıxaraq bayram tədbirlərinə qoşulub. Yamal qardaşını qucağına alıb və onunla birlikdə çempionluğu qeyd edib. Balaca Kenye daha sonra digər futbolçuların övladları ilə meydanda oynayıb. Yamal daha əvvəl qardaşının onun üçün hər şey olduğunu və ailəsinin xoşbəxtliyinin ən böyük arzusu olduğunu bildirmişdi.
//Nəzər.Media
