Luvr Muzeyində Apollo Qalereyası yenidən açılır. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, qalereya sabah ziyarətçiləri qəbul edəcək.
Bölmə ötən il baş vermiş oğurluqdan sonra bağlanmışdı. Muzey rəhbərliyi qiymətli zinət əşyalarının artıq burada sərgilənməyəcəyini açıqlayıb. Oğurluq zamanı tarixi dəyərə malik səkkiz qiymətli əşya aparılmışdı. Hadisəni törədən şəxslər sonradan saxlanılsa da, oğurlanan eksponatlar hələ də tapılmayıb.
//Nəzər.Media
