İranda qadınlara motosiklet sürücülük vəsiqəsi veriləcək. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, hazırlıq işləri artıq başa çatıb.
Bu barədə vitse-prezident Zəhra Bəhruzazər məlumat verib. Onun sözlərinə görə, ilk sürücülük vəsiqəsi artıq hazırlanıb. Proses müharibə səbəbindən müvəqqəti dayandırılmışdı. Hazırda vəsiqələrin bu ay verilməsinə ümid edilir. Bildirilib ki, bunun üçün qanunvericiliyə dəyişiklik tələb olunmur. İlk təlimləri isə qadın motosiklet idmançıları keçirəcək.
//Nəzər.Media
