Rumıniya sahillərində LPG gəmisinə hücum edilib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, hadisə Qara dənizdə baş verib.
Misirdən Ukraynaya üzən Liberiya bayraqlı gəmi zərbə alıb. Rumıniya xilasediciləri ekipaj üzvlərini təxliyə edib. Hadisə zamanı üç nəfərin yaralandığı bildirilir. Rumıniya Prezidenti Nikuşor Dan hücumun böyük ehtimalla Rusiya-Ukrayna müharibəsi ilə əlaqəli olduğunu açıqlayıb. Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.
//Nəzər.Media
