Suriya-Livan sərhədində əməliyyat keçirilib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, əməliyyat zamanı avtomobildən 226 bomba aşkarlanıb.
Mərmilər nəqliyyat vasitəsinin gizli bölmələrində gizlədilib. Əməliyyat Cdeydət Yabus sərhəd-keçid məntəqəsində həyata keçirilib. Suriya gömrük əməkdaşları bütün sursatı müsadirə ediblər. Hadisə ilə bağlı araşdırma aparılır. Rəsmilər silah qaçaqmalçılığına qarşı əməliyyatların davam etdiriləcəyini bildiriblər.
//Nəzər.Media
