ABŞ-də kartel liderinə hökm oxunub. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, söhbət “El Mayo” ləqəbli İsmail Zambadadan gedir
O, ömürlük azadlıqdan məhrum edilib. Məhkəmə onu şərti azadlığa buraxılma hüququ olmadan ömürlük həbsə məhkum edib. Zambada narkotik qaçaqmalçılığı və cinayətkar şəbəkəyə rəhbərlik ittihamlarını qəbul etmişdi. Hökm Nyu-Yorkdakı federal məhkəmədə elan olunub. ABŞ rəsmiləri onun onilliklər ərzində böyük narkotik şəbəkəsinə rəhbərlik etdiyini bildiriblər.
Qeyd edək ki, Zambada 2024-cü ildə ABŞ-də saxlanılmışdı.
//Nəzər.Media
