İndoneziyada yaşayış kompleksində partlayış baş verib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, hadisə Medan şəhərində qeydə alınıb.
İlkin məlumata görə, partlayışa yeraltı qaz kəmərində sızma səbəb olub. Hadisə zamanı evdə olan iki nəfər xilas edilib. Daha dörd nəfərin axtarışları davam etdirilir. Faktla bağlı araşdırma aparılır.
//Nəzər.Media
