Kolumbiyada siyasi gərginlik artır. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Prezident Qustavo Petro sərt açıqlama verib.
Petro yeni hakimiyyətin İsraillə münasibətləri bərpa etmək planını tənqid edib. O, bu addımı ölkənin milli ləyaqətinə təhqir adlandırıb. Prezident Qəzzadakı hadisələrlə bağlı İsrail hökumətini də sərt ittiham edib. Petro vəzifədən getsə də, müxalifətdə fəaliyyətini davam etdirəcəyini bildirib. O, yeni hakimiyyətə qarşı küçələrdə mübarizə aparacağını da vurğulayıb. Kolumbiyada hakimiyyətin təhvil verilməsi avqustun 7-nə planlaşdırılır.
//Nəzər.Media
