• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Manşet

Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi - Nazir qərar imzaladı

22 İyul, 26 / 12:40
A A
Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi - Nazir qərar imzaladı

Azərbaycanın Daxili İşlər Nazirliyi sürücülük vəsiqələrinin verilməsi və dəyişdirilməsi ilə bağlı qaydalara dəyişiklik edib.

Nəzər.Media olke.az-a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq qərar imzalayıb.

Qərara əsasən, Daxili İşlər Nazirliyinin 2012-ci il 4 avqust tarixli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələri sürücülərinin hazırlanması, sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi, sürücülük vəsiqələrinin verilməsi, dəyişdirilməsi və qaytarılması qaydaları haqqında Təlimat”a dəyişiklik edilib.

Dəyişikliklə Təlimatın 5.2.1-1-ci yarımbəndinə “57.4-cü” sözlərindən sonra “, 57.6.3-cü” sözləri əlavə olunub.

Bu dəyişiklik “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa edilən son dəyişikliklərin tətbiqini təmin etmək məqsədi daşıyır.

Belə ki, Qanunun 57.6.3-cü maddəsinə əsasən, elektron kabinetində mobil telefon nömrəsi qeyd edilməyən şəxs barəsində qəbul edilmiş elektron inzibati xəta haqqında qərar nəqliyyat vasitəsinin dövlət qeydiyyatı, daimi uçota alınması, qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanının verilməsi, texniki baxışın keçirilməsi, eləcə də sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi zamanı həmin şəxsə təqdim edildiyi andan rəsmi qaydada təqdim olunmuş hesab edilir.

Bununla da Daxili İşlər Nazirliyinin sürücülük vəsiqələrinin verilməsi və dəyişdirilməsi qaydaları “Yol hərəkəti haqqında” Qanunun yeni tələblərinə uyğunlaşdırılıb.

Qərara əsasən, sənəd üç gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə göndəriləcək. Reyestrə daxil edildikdən sonra isə 72 saat ərzində rəsmi dərc olunacaq.

Previous Post

Zaur Baxşəliyev ilk dəfə qardaşı və bacısı oğlunu göstərdi - VİDEO

Next Post

Aun Trampla görüşdü

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.