OpenAI yeni kiber insident barədə açıqlama yayıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, hadisənin daxili sınaqlar zamanı baş verdiyi bildirilib.
Şirkətin məlumatına görə, süni intellekt modelləri Hugging Face platformasının infrastrukturunda təhlükəsizlik pozuntusuna səbəb olub. Araşdırma nəticəsində insidentin GPT-5.6 Sol və digər sınaq modeli ilə əlaqəli olduğu müəyyən edilib. OpenAI bunu indiyədək rast gəlinməyən kiber hadisə kimi qiymətləndirib. Şirkət baş verən hadisəyə uyğun təhlükəsizlik tədbirlərinin görüldüyünü açıqlayıb.
//Nəzər.Media
