Tele-aparıcı Zaur Baxşəliyev haqqında rəylərə münasibət bildirib.
O, sosial şəbəkədə həm xoş, həm də təhqir yazan izləyicilərdən danışıb:
“Yazırsınız ki, sizi çox sevirəm. Sevginizlə nifrətiniz arasında o qədər qalmışam. Buradan söymüsünüz, oradan sevmisiniz. Adam qalır iki daşın arasında. Bilmirsən sevirlər, yoxsa söyürlər. Sizin sevginizlə nifrətiniz bir dəqiqənin içində dəyişir. Burada sənə xoş söz yazır, keçib baxırsan, o tərəfdə söyürlər”.
Aparıcının sözləri izləyicilər arasında müzakirələr yaradıb.
//milli.az
