Ukrayna Rusiyaya yeni pilotsuz uçuş aparatları ilə hücum edib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, zərbələr bir neçə strateji obyektə endirilib.
Məlumata görə, “Wildberries” şirkətinə məxsus iki böyük anbar və neft emalı zavodu hədəf alınıb. Hücumlar nəticəsində obyektlərdə güclü yanğın baş verib. Bildirilir ki, əvvəlcədən təxliyə aparıldığı üçün ölən olmayıb. Bu arada Ukraynada Baş Qərargah rəisi Oleksandr Sırski vəzifəsindən azad edilib. Prezident Volodimir Zelenski onun yerinə Mixail Drapatını təyin edib.
//Nəzər.Media
