İsraildə ABŞ-ın son addımları narahatlıq yaradıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, müzakirələrin mərkəzində Türkiyə və Səudiyyə Ərəbistanı dayanır.
Məlumata görə, Vaşinqton Səudiyyə Ərəbistanı ilə nüvə əməkdaşlığına dair yeni razılaşmanı təsdiqləyib. İsrailli rəsmilər bunun Tel-Əvivin ABŞ siyasətinə təsir imkanlarının zəiflədiyini göstərdiyini bildiriblər. Bu arada İsrailin Diaspor naziri Amixay Çikli Türkiyə ilə mümkün hərbi qarşıdurma barədə açıqlama verib. O, ölkəsinin belə ssenariyə hazır olmalı olduğunu iddia edib. Türkiyə tərəfi isə bu bəyanata münasibət bildirməyib.
//Nəzər.Media
