İngiltərədə su böhranı dərinləşir. Nəzər.Media “CNN Türk”ə istinadən xəbər verir ki, Suyla bağlı yeni məhdudiyyətlər qüvvəyə minib.
Quraqlıq səbəbindən bağların şlanqla suvarılması qadağan edilib. Həmçinin avtomobil yumaq və şişmə hovuzları su ilə doldurmaq da məhdudlaşdırılıb. Hökumət suya qənaəti təşviq etmək üçün xüsusi kampaniyaya 75 milyon dollar ayırıb. Baş nazir Endi Börnhem problemin təkcə su istehlakı ilə bağlı olmadığını bildirib. O, su sektorunda dövlət nəzarətinin gücləndirilməsinin vacibliyini vurğulayıb.
//Nəzər.Media
