BMT Baş Assambleyasında açıq müzakirə keçirilib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Baş katib vəzifəsinə namizəd olan 6 nəfər tədbirdə iştirak edib.
Müzakirə zamanı təşkilatın büdcə böhranı və islahatlar əsas mövzulardan olub. Namizədlər beynəlxalq münaqişələr və qlobal təhlükəsizlik məsələləri ilə bağlı fikirlərini bölüşüblər. Onlar moderatorların və iştirakçıların suallarını da cavablandırıblar.
Qeyd edək ki, yeni Baş katib bu ilin sonunda səlahiyyət müddəti başa çatacaq Antonio Quterreşi əvəz edəcək.
//Nəzər.Media
