ABŞ ilə İran arasında gərginlik artır. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, mübahisənin əsas mərkəzi Hörmüz boğazıdır.
Vaşinqton bölgədə gəmi hərəkətini qorumağa çalışır. Buna baxmayaraq, İranın hücum təhlükəsinin davam etdiyi bildirilir. Ekspertlər yalnız hava zərbələrinin vəziyyəti dəyişməyəcəyini deyirlər. ABŞ Prezidenti Donald Tramp isə İrana yeni hədələr səsləndirib. O, Hörmüz boğazında hücum olacağı təqdirdə İranın strateji obyektlərinin vurulacağını bildirib.
//Nəzər.Media
