ABŞ 60 ticarət tərəfdaşına yeni gömrük rüsumu tətbiq edəcək. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, qərar rəsmi şəkildə açıqlanıb.
Yeni rüsumların dərəcəsi 10 və 12,5 faiz olacaq. Bu addım məcburi əməyə əsaslanan məhsulların idxalı ilə əlaqələndirilir. Siyahıya Türkiyə də daxil olmaqla bir sıra ölkələr salınıb. Türkiyə məhsullarına 12,5 faiz gömrük rüsumu tətbiq olunacaq. Yeni qaydalar iyulun 24-dən ABŞ-yə daxil olan məhsullara şamil ediləcək.
//Nəzər.Media
