• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Manşet

Prezidentin səfir təyin etdiyi Rəşad Aslanov kimdir? - Dosye

24 İyul, 26 / 14:57
A A
Prezidentin səfir təyin etdiyi Rəşad Aslanov kimdir? - Dosye

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Rəşad Aslanov Azərbaycanın Türkiyədə fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

O, bu təyinata qədər İtaliyada, həmçinin Malta və San-Marinoda səfir, eləcə də BMT-nin Romada yerləşən bir sıra qurumları yanında daimi nümayəndə vəzifələrini icra edirdi.

Rəşad Aslanov 13 oktyabr 1977-ci ildə anadan olub. Bakı Dövlət Universitetində beynəlxalq münasibətlər və beynəlxalq hüquq ixtisasları üzrə təhsil alıb, daha sonra beynəlxalq hüquq üzrə magistr dərəcəsinə yiyələnib. O, həmçinin Böyük Britaniyanın Birmingem Universitetində və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında ixtisasartırma proqramlarında iştirak edib.

Diplomatik fəaliyyətə 1999-cu ildə Xarici İşlər Nazirliyində başlayıb. Müxtəlif illərdə nazirliyin Beynəlxalq hüquq və müqavilələr idarəsində çalışıb, daha sonra Azərbaycanın İtaliyadakı səfirliyində diplomat və Romadakı BMT agentlikləri yanında daimi nümayəndənin müavini olub.

2011-2016-cı illərdə xarici işlər nazirinin köməkçisi vəzifəsində çalışan Rəşad Aslanov sonradan Argentinaya müvəqqəti işlər vəkili təyin edilib. Daha sonra Argentina ilə yanaşı Çili, Paraqvay, Boliviya və Uruqvayda Azərbaycanın səfiri kimi fəaliyyət göstərib.

2022-ci ildən İtaliyada səfir vəzifəsini icra edən Rəşad Aslanov 2023-cü ildən etibarən Malta, San-Marino və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Ümumdünya Ərzaq Proqramı (ÜƏP) və Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond (IFAD) yanında daimi nümayəndə kimi də fəaliyyət göstərib.

Rəşad Aslanov ingilis, rus, türk, italyan və ispan dillərini sərbəst, ərəb dilini isə orta səviyyədə bilir.

//milli.az

Previous Post

Azərbaycanlı aktyor 3 aya arıqlayıb belə oldu -VİDEO

Next Post

Kaspersky-nin korporativ e-poçtların müdafiəsi üçün həlli yenilənib

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.