• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Hadisə

İtkin düşən çobanın anası kömək istədi: "Oğlum barədə məlumatı olan xəbər versin"

24 İyul, 26 / 16:06
A A
İtkin düşən çobanın anası kömək istədi: "Oğlum barədə məlumatı olan xəbər versin"

Salyan rayonunda qoyun sürüsünü otarmağa gedən 26 yaşlı Ramiz Rüstəmovun itkin düşməsi ilə bağlı yeni məlumatlar açıqlanıb.

İtkin düşən gəncin anası Baku TV-yə bildirib ki, oğlu ilə sonuncu dəfə hadisə günü səhər saatlarında görüntülü əlaqə saxlayıb. Onun sözlərinə görə, həmin vaxt hər şey normal olub və həmişə olduğu kimi zarafat ediblər. Daha sonra oğluna dəfələrlə zəng etsə də, telefonuna zəng çatsa da, cavab ala bilməyib.

O bildirib ki, Ramiz adətən axşam saatlarında heyvanları geri gətirirdi. Oğlundan xəbər çıxmadığı üçün yol kənarına gedərək sürünü qarşılamaq istəyib. Lakin yalnız sürüdə olan ulaq və itlərin tək qayıtdığını görüb. Bundan sonra kollektor ətrafında oğlunu səsləyərək axtarsa da, heç bir nəticə əldə olunmayıb.

Bir qədər sonra həyat yoldaşı ilə birlikdə müxtəlif ehtimalları nəzərdən keçirdiklərini deyən qadın, əvvəlcə oğlunun su kanalında və ya göldə çimərkən bədbəxt hadisə ilə üzləşə biləcəyini düşündüklərini qeyd edib. Ancaq onun sözlərinə görə, belə bir hadisə baş versəydi, heyvanlar ətrafa dağılardı. Ramizin atası isə gecə boyu onu axtarsa da, heç bir izə rast gəlməyib.

Ailənin bildirdiyinə görə, Ramiz hadisə zamanı 85 baş qoyun-quzu və iki çoban iti ilə birlikdə olub. Axşam saatlarında isə onlara sürünün Bakıya aparıldığı və satışa çıxarıldığı barədə məlumat verilib. Heyvanları daşıyan sürücü ilə görüşən ailə üzvləri ona Ramizin şəklini göstəriblər. Sürücü isə heyvanları təhvil aldığı şəxsin şəkildəki gənc olmadığını, tamamilə başqa biri olduğunu bildirib.

Ramizin anası övladının taleyindən narahat olduqlarını vurğulayaraq, onun harada olması ilə bağlı məlumatı olan hər kəsdən ailəyə və ya hüquq-mühafizə orqanlarına məlumat vermələrini xahiş edib.

Faktla bağlı aidiyyəti qurumlara məlumat verilib. Hazırda hüquq-mühafizə orqanları tərəfindən Ramiz Rüstəmovun yerinin müəyyən edilməsi istiqamətində axtarış və araşdırma tədbirləri davam etdirilir.

//milli.az

Previous Post

“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb

Next Post

Özgür Özel və daha 91 deputat CHP-ni tərk etdi – Yeni partiya yaradılır

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.