Ukrayna Prezidenti Volodimir Zelenski yeni hücumlar barədə məlumat verib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Rusiyadakı hədəflərə uzaqmənzilli zərbələrin davam etdiyini bildirib.
Zelenskinin sözlərinə görə, gecə saatlarında Rostov vilayətində ixrac terminalı vurulub. Hədəfin cəbhə xəttindən təxminən 250 kilometr aralıda yerləşdiyi qeyd edilib. Yaroslavl vilayətindəki neft obyektlərinə də zərbələr endirildiyi açıqlanıb. Udmurtiya Respublikasındakı neft təsislərinin də hücuma məruz qaldığı bildirilib. Zelenski hücumlara aid olduğu deyilən görüntüləri də paylaşıb.
//Nəzər.Media
