ABŞ İrana qarşı yeni taktika seçib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, diqqət hərbi əməliyyatlardan iqtisadi təzyiqə yönəlib.
Vaşinqton hesab edir ki, sanksiyalar bombardımandan daha təsirli ola bilər. Bildirilir ki, Prezident Donald Tramp hücumların dayandırılmasından sonra diplomatik səyləri gücləndirib. Ağ Ev Tehranın danışıqlar masasına qayıtmasına çalışır. ABŞ kəşfiyyatının İranın iqtisadi vəziyyəti ilə bağlı hazırladığı hesabat qərara təsir edib. Bununla yanaşı, Vaşinqton hərbi variantın da tamamilə gündəmdən çıxmadığını vurğulayıb. ABŞ administrasiyası əsas məqsədin diplomatik yolla nəticə əldə etmək olduğunu bildirir.
//Nəzər.Media
