Fransada oğurluq hadisəsi baş verib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, hədəf Burqundiya bölgəsindəki “Şatiyon-sür-Sen” Muzeyi olub.
Şübhəlilər ziyarətçi kimi muzeyə daxil olaraq eramızdan əvvəl V əsrə aid təxminən 2 min 500 illik Kelt qızıl boyunluğunu oğurlayıblar. Hadisə mühafizəçilərin və ziyarətçilərin gözü qarşısında baş verib. Polis tarixi eksponatın tapılması və oğruların saxlanılması üçün araşdırmalara başlayıb.
//Nəzər.Media
