Kiprdə hərbi təlim zamanı yanğın baş verib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, hadisə Larnaka şəhərinə bağlı Kalo Xorio bölgəsində qeydə alınıb.
Təlim atışları zamanı istifadə olunan döyüş sursatları otlaq sahəsini alovlandırıb və yanğın yaxınlıqdakı iki kəndə yayılıb. Agia Anna və Psevdas kəndlərindən təxminən 500 nəfər təxliyə edilib. Yanğın zamanı bəzi evlər yanıb. Hadisə zamanı bir yanğınsöndürən xəsarət alıb.
//Nəzər.Media
