ABŞ yeni təşəbbüslə çıxış edib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Donald Tramp Ukraynada müharibənin mərhələli şəkildə dayandırılmasını təklif edir.
O, bu gün Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdə havada müddətsiz atəşkəs planını təqdim edəcək. Məlumata görə, Zelenski bu təşəbbüsə müsbət yanaşır. Təklif qəbul olunarsa, Tramp Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparacaq. Bildirilir ki, Moskva da əvvəlki təşəbbüslərdən fərqli olaraq bu plana müsbət yanaşa bilər. Bu arada Putinin xüsusi nümayəndəsi Kirill Dmitriyevin İstanbul hava limanında göründüyü iddia edilir.
//Nəzər.Media
